İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları baş verəcək”

İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları baş verəcək”
SİYASƏT
14:31 10.03.2026
392
Xəbər verdiyimiz kimi, İranın mərhum Ali Lideri Əli Xameneinin oğlu, Müctəba Xamenei, yeni ali lider seçilib. Bəzi siyasi dairələr bu prosesin sürətlə aparılmasını bildirərək qərarın ədalətli olmadığını vurğulayırlar. Yeni lider seçiminin İran daxilində siyasi balans və regiona təsiri suallar doğurur.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani AZXEBER.COM-a açıqlamasında bildirib ki, İranda prezident, Məclis-i Xübriqan tərəfindən seçilir:

"İranda konstitusiyaya görə, prezident Məclisi-Xübriqan tərəfindən seçilir. Bu məclisin üzvləri İranın Ali Liderini təyin edirlər. Lakin həmin üzvlərin nə qədərinin Müctəba Xamenei lehinə, nə qədərinin əleyhinə səs verdiyi açıqlanmayıb. İranın bəzi məsələləri çox vaxt aydın olmur. Mərhum Ali Lider Əli Xamenei isə demişdi ki, ondan sonra oğlu lider olmamalıdır. Əgər onun bu vəsiyyəti nəzərə alınsaydı, bu həmin qurumun qərarının qüvvəsiz olmasına gətirib çıxarardı”.


Sabiq səfir əlavə edib ki, savaşdan sonra İranda sosial problemlər daha qabarıq şəkildə görünəcək:

"Xalqın yeni liderə etimadı onun fəaliyyətindən asılıdır. Əgər ali lider gördüyü işlərlə İran əhalisini özünə cəlb edə bilsə, etimad qazana bilər. Hazırda vəziyyət yaxşı deyil. Savaşdan sonra sosial problemlər daha aydın görünəcək və xalqın reaksiyası da açıq-aydın hiss olunacaq. Müəyyən qruplar və partiyalar öz tərəfdaşları olduqları üçün Müctəba Xameneinin liderliyini qəbul etməyə bilərlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR