Bu gecə İran İslam respublikasdında növbəti dəfə zəlzələ baş verib.
AZXEBER.COM-un AMEA Seysmoloji araşdırmalar mərkəzinin rəsmi internet saytına istinadən xəbər verir ki, 5 ballıq yeraltı təkanlar yerli vaxtla saat 22.14-də ölkə ərazisində qeydə alınıb. Yerin 10 km dərinliyində meydana gələn zəlzələ Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd yaşayış məntəqələrində 3 baldan 2 bala qədər hiss olunub.