İranda yox çıxmış şairlərimizdən xəbər var

İranda yox çıxmış şairlərimizdən xəbər var
Bütün Xəbərlər
15:51 27.05.2012
1159
Şəhriyar atası, Fərid anası ilə danışıb Təbrizdə yoxa çıxmış azərbaycanlı şairlərdən şad xəbər var. Şəhriyar del Gerani bu gün atasına, Fərid Hüseyn isə anasına Təbrizdən zəng edib. Bu haqda Kulis.az-a Şəhriyarın atası Hacı Mail məlumat verib: “Oğlum dedi ki, müstəntiqin telefonu ilə zəng edir. Dedi hər şey qaydasındadı, yaxşı yerdə saxlayırlar onları. Yemək-içməkləri qaydasındadır”. Saxlanma səbəbləri ilə bağlı Şəhriyar atasına bunları deyib: “Oğlum dedi ki, onlar İrana gedəndə konsulluqda qeydiyyatdan keçməyiblər. Onları buna görə saxlayıblar. İndi İranın Azərbaycandakı səfiri Təbrizdəki Azərbaycan konsulluğuna tələbnamə göndərməlidir. Bundan sonra onları sərbəst buraxacaqlar. Bunun üçün 2 gün vaxt lazımdır”.
OXŞAR XƏBƏRLƏR