Azərbaycan vətəndaşlarına verilən vizaların ləğvi yalnız adi səfərlərə aiddir. İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfirliyi Azərbaycan jurnalistlərinin bu ölkəyə səfər etməsi qaydalarını açıqlayıb. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan jurnalistlərinin İİR-na səfərlərini asanlaşdırmaq və qaydaya salmaq məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən KİV-lərin diqqətinə aşağıdakılar çatdırılır: 1. Azərbaycan Respublikası vətəndaşlarına verilən vizaların ləğvi yalnız adi səfərlərə aiddir. Odur ki, jurnalist səfərləri, müsahibə alınması, reportaj hazırlanması, müxtəlif obyekt və şəhərlərdə çəkilişlər aparılması üçün mütləq jurnalist vizası alınmalıdır. 2. Jurnalist vizalarının verilməsi məqsədilə səfərdən azı bir ay qabaq jurnalistlər tərəfindən viza sifarişi üçün xüsusi formalar doldurulmalı və müvafiq informasiya müəssisəsinin rəsmi məktubu ilə birlikdə İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinə göndərilməlidir. 3. Müsahibə alınması üçün verilən ərizələr, həyata keçiriləcək layihə və planlar barədə bu Nümayəndəliyə konkret və dəqiq məlumat verilməlidir ki, bunların reallaşdırılması üçün lazımi əlaqələndirmə işləri həyata keçirilsin. 4. Gediş-gəliş, yüklərin daşınması, tərcümə və s. sahələrdə jurnalistlərə kömək məqsədilə İranda fəaliyyət göstərən aşağıdakı şirkətlər təqdim olunur: “İvansəhər” şirkəti - əlaqə telefonu (009821) 88778695 , (009821) 88882479 , (009821) 88795183 , İnternet ünvanı www.ivansahar.com; “Resanehyar” şirkəti - əlaqə telefonu (009821) 88735273 , İnternet ünvanı [email protected]/* */; “Namavəran” şirkəti - əlaqə telefonu (009821) 88888567 , İnternet ünvanı [email protected]/* */