İrandan bölgə ölkələrinə xəbərdarlıq

İrandan bölgə ölkələrinə xəbərdarlıq
Bütün Xəbərlər
13:33 06.02.2012
1272

İran ərazisinə edilə biləcək mümkün hücumda düşmənlərinin istifadə etdiyi ölkələrə hücum edəcəyini bildirib.

AZXEBER.COM-un məlumatına görə, İran İnqilab Keşikçiləri quru, hava və dəniz qüvvələrinin də dəstək verdiyi iki günlük təlimlərlə bir daha Qərbə göz dağı verib. İran ordusunun ən müasir silahlarının istifadə edildiyi təlimlər Bəsrə körfəzi yaxınlığında keçirilib. 200 min əsgərin iştirak etdiyi təlimlərdə Bəsrə körfəzindən İranı hədəfə ala biləcək hücumun qarşısının alınması yolları sınaqdan keçirilib.

Təlimlə bağlı mətbuat konfransında çıxış edən İnqilab Keşikçiləri komandanının müavini Hüseyn Səlami yalnız ABŞ və İsraili deyil, İrana hücum zamanı ərazisindən istifadə ediləcək ölkələri də hədəfə alıb.

Səlami "Bizə ediləcək hücumda istifadə edilən hər nöqtəyə cavab atəşi açılacaq" deyib.

OXŞAR XƏBƏRLƏR