İrandan İsrailə mesaj: Bir şərtlə qisasdan imtina edəcəyik

DÜNYA
10:52 14.08.2024
187
İran, İsrail və HƏMAS arasında bu həftə keçirilməsi gözlənilən görüşdə atəşkəs razılaşması əldə olunarsa, İsrailə qarşı cavab tədbirlərini dayandıra biləcəyinə işarə edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzzada apardığı müharibənin 313-cü günündə bütün gözlər İsrailə qarşı qisas hücumu keçirəcəyi gözlənilən İrandadır. 
 
Hücum üçün vaxt daralarkən ABŞ kütləvi silah satışını təsdiq etməklə İsrailə yardım etməyə tələsdi. 
 
Yüksək rütbəli məmurlar bunun İran və Hizbullahın hücumdan əl çəkməsinin yeganə yolu olduğunu bildirib və sabah baş tutması gözlənilən danışıqlara işarə ediblər.

Reuters Xəbər Agentliyinə məlumat verən üç İran rəsmisi bildiriblər ki, İranın HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum planından yalnız İsraillə HƏMAS arasında atəşkəs əldə olunarsa, imtina edilə bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR