İranın İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

İranın İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
DÜNYA
19:17 16.01.2024
166
İranın İraqdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Səfirə İranın Ərbilə raket hücumlarına görə etiraz notası təqdim edilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərinə raket hücumu ilə bağlı deyib ki, bu əməliyyat ölkənin suverenliyinin və təhlükəsizliyinin müdafiəsi, terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilib: "Bu əməliyyat İslam Respublikasının ölkənin təhlükəsizliyini pozanlara qarşı ədalətli cəzasının bir hissəsi olub”.
 
///Apa
OXŞAR XƏBƏRLƏR