"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət

"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
MEDIA
15:13 28.07.2026
219
Xəbər verdiyimiz kimi, İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan Dövlət Televiziyasını (AzTV) "düşmən media qurumları” siyahısına daxil etməsi və həmin media qurumu ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi rəsmi Bakının etirazına səbəb olub.
 
Bununla bağlı Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayaraq, qarşılıqlılıq prinsipinə uyğun olaraq Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən İranın "Səhər” telekanalı və "Mehr” xəbər agentliyinin, eləcə də onların nümayəndələrinin ölkə ərazisində fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb.

Əməkdar jurnalist Azər Həsrət AZXEBER.COM-a açıqlamasında deyib ki, İranda dövlət ağlı yerində deyil:

"İranın indiki çətin vəziyyətində heç bir zərurət olmadan qonşu və dost Azərbaycan dövlətinin televiziya kanalını düşmən media elan etməsi başadüşülən deyil. Görünür, İranda dövlət ağlı yerində deyil. Dövlət ağlı yerində olsaydı, onlar problemlərini Amerika Birləşmiş Ştatları ilə həll etməyə üstünlük verərdilər, Azərbaycana qarşı isə bu cür zərərli və təəccüb doğuran addım atmazdılar. İndi isə bu addımı atıblar və biz də, əlbəttə ki, buna adekvat cavab verməliyik. Azərbaycanın İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin Azərbaycanda fəaliyyətini qanunsuz hesab etməsinə təkcə indi deyil, elə ilk gündən kifayət qədər əsasları var. Bu televiziya kanalı konkret olaraq Azərbaycan Respublikasına və xalqına qarşı yaradılıb. Bütün fəaliyyəti boyunca Azərbaycan dövlətini və xalqını aşağılayıb. Halbuki AZTV-də İrana qarşı bu cür verilişlər heç vaxt yayımlanmayıb”.

O qeyd edib ki, Səhər" telekanalı mütləq qadağan edilməlidir:

""Səhər" telekanalı mütləq qadağan edilməli, "düşmən media” elan olunmalıdır. Həmin media qurumu ilə istər ölkə daxilində, istərsə də ölkə xaricində əməkdaşlıq edən Azərbaycan vətəndaşları qanun çərçivəsində məsuliyyətə cəlb edilməlidir. Digər İran media qurumlarına gəlincə, onların Azərbaycanda akkreditə olunmuş jurnalistlərinin akkreditasiyası ləğv edilməlidir. Həmin media qurumları ilə əməkdaşlıq edən hər bir Azərbaycan vətəndaşına xəbərdarlıq edilməli və bu əməkdaşlığa son qoyulmalıdır. Ümumiyyətlə, İranın Azərbaycan Respublikası ərazisində media fəaliyyəti göstərməsinə qadağa qoyulmalıdır. Çünki bir dövlət öz büdcəsi hesabına televiziya kanalı yaradaraq bizim dövlətimizi və xalqımızı davamlı şəkildə hədəfə alırsa, onun bizim ölkəmizdə media fəaliyyəti ilə məşğul olmağa haqqı yoxdur. Ona görə də məsələ təkcə MEDİA-nın bəyanatı ilə yekunlaşmamalıdır. Azərbaycan dövləti dərhal ciddi addımlar atmalıdır. Məncə, bunun başqa çıxış yolu yoxdur”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:49 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026