İranın şimalındakı hava limanı beynəlxalq uçuşlar üçün açıldı

İranın şimalındakı hava limanı beynəlxalq uçuşlar üçün açıldı
DÜNYA
16:09 11.07.2025
340
İranın şimalındakı Gilan əyalətindəki hava limanının təxminən bir aydan sonra yenidən beynəlxalq reyslərə açıldığı bildirilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Gilan Hava Limanının baş direktoru Möhsün Mir Hüseyni Gilandakı Sərdar Cənqal hava limanının beynəlxalq uçuşları yerinə yetirmək üçün lazımi infrastruktur və standartlara malik olduğunu və ilk reysin dünən Bağdada yola düşdüyünü açıqlayıb.

İran rəsmisi onu da bildirib ki, Gilandan Rusiyanın Həştərxan şəhərinə yaxın vaxtlarda müntəzəm reyslər açılacaq.
 
Gülay
OXŞAR XƏBƏRLƏR