İranın teleradio təşkilatının rəsmisi Bakıya buraxılmayıb?

İranın teleradio təşkilatının rəsmisi Bakıya buraxılmayıb?
MEDİA
00:28 14.12.2011
2306

Elman Abdullayev: "Xarici İşlər Nazirliyinə İran tərəfindən hər hansı məktub və ya rəsmi müraciət daxil olmayıb"

İran telekanallarının verdiyi məlumata görə, bu ölkənin teleradio təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Əhməd Kazımi Azərbaycana buraxılmayıb. Məlumata görə, o, dekabrın 9-da Beynəlxalq Hava Limanından geri qaytarılıb. İran mediası ölkənin Xarici İşlər Nazirliyinin bununla bağlı Azərbaycana nota verməli olduğu qənaətindədir. Azərbaycan Xarici İşlər Nazirliyi isə ANS-ə məsələni belə şərh edib. XİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Abdullayev bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə İran tərəfindən hər hansı məktub və ya rəsmi müraciət daxil olmayıb. XİN rəsmisi deyib ki, belə bir rəsmi müraciət və ya rəsmi məktub daxil olarsa, Azərbaycan tərəfi bununla məşğul olacaq və mətbuata rəsmi məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR