İranın zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qalıb

İranın zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qalıb
DÜNYA
20:35 15.03.2026
1031
İranın zənginləşdirilmiş uran ehtiyatları hazırda dağıntılar altında qalıb və Tehran onların çıxarılması ilə bağlı hər hansı plan nəzərdən keçirmir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalında yayımlanan "Face the Nation” proqramında bildirib.

Nazirin sözlərinə görə, ötən ilin iyununda İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra təxminən 440 kiloqram zənginləşdirilmiş uran dağıntılar altında qalıb.

"Bizim nüvə obyektlərimiz hücuma məruz qalıb və hər şey dağıntılar altındadır. Əlbəttə, bu ehtiyatları çıxarmaq mümkündür, lakin bu yalnız Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında həyata keçirilə bilər. Əgər belə qərar qəbul etsək, bu proses Agentliyin nəzarəti ilə baş tutacaq. Amma hazırda bizim belə planımız yoxdur”, – deyə Əraqçi bildirib.

O əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı davam edən bombardmanları fonunda həmin ehtiyatların çıxarılması və ya seyrəldilməsi ilə bağlı hər hansı danışıqlar aparılmır.

Əraqçi İranın gələcəkdə bu ehtiyatlardan imtina edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələ yalnız mümkün danışıqlar çərçivəsində müzakirə oluna bilər:

"Əgər gələcəkdə ABŞ və ya digər tərəflərlə danışıqlara başlamaq qərarına gəlsək, bəlkə də nə təklif edəcəyimizi müəyyən edərik. Amma hazırda heç bir təklif yoxdur”, – deyə o vurğulayıb.

/APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib