İranla müharibədə həlak olan ABŞ əsgərlərinin FOTOLARI

İranla müharibədə həlak olan ABŞ əsgərlərinin FOTOLARI
DÜNYA
10:51 04.03.2026
365
Amerika Birləşmiş Ştatları ordusu ilə İran arasında artan gərginlik fonunda Küveytdə baş verən hücum nəticəsində həlak olan altı ABŞ hərbçisindən dördünün şəxsiyyəti açıqlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ ordusunun yaydığı məlumata görə, hücum Küveyt ərazisində yerləşən Şuayba limanına pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Bu hadisə ABŞ-ın müharibədə ilk itkiləri kimi qeydə alınıb.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn açıqlamasında "itkilərimizin arta biləcəyi” barədə xəbərdarlıq edib. O, bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığını bildirib.

ABŞ Müdafiə Nazirliyi həlak olan əsgərlərin "milləti müdafiə etməkdə göstərdikləri fədakarlığı” yüksək qiymətləndirib.
 
ABŞ Ordusunun Ehtiyat Komandanlığının komandanı, general-leytenant Robert Harter isə açıqlamasında onların xidmətinin və ailələrinin verdiyi fədakarlıqların heç vaxt unudulmayacağını vurğulayıb.

Qeyd edək ki, hadisə ABŞ və İsrail tərəfindən həyata keçirilən birgə hücumlardan sonra baş verib. Məlumata görə, həmin əməliyyatlar zamanı İranın Ali Lideri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub.

Tehran administrasiyası isə cavab tədbiri olaraq Küveytdə yerləşən limana zərbə endirib. Regionda vəziyyətin daha da gərginləşə biləcəyi istisna edilmir.
 
Gülay
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR