İsfahan futbol takımı “Zob Ahən”in oyunçusu Möhsün Müsəlman yenədə qeyri-müsəlmanlıq edib.
Bir müddət öncə “Traxtur”la “Zob Ahən” takımları arasında keçirilən futbol müsabiqəsində qol vurduqdan sonra onminlərlə tamaşaçı və yerli məsulların göz qarşısında təhqiramiz hərəkətə yol verən Möhsün Müsəlman, bu dəfə eyni hərəkəti Türkiyə takımı ilə oynarkən təkrar edib.
İranla Türkiyənin “Ümid” takımları arasında keçirilən müsabiqə zamanı iranlı oyunçu qol vurduqdan sonra əllərini qulağına qoyaraq bir heyvan təsviri yaratmaq istəyib.
Möhsün Müsəlman bu hərəkətini təkrar etməklə onun heçdə təsadüfi olmadığı ortalığa çıxır. (gunaz.tv)