İranlı nazir Azərbaycana dəvət edildi

İranlı nazir Azərbaycana dəvət edildi
SİYASƏT
11:00 16.09.2013
1272
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri iranlı naziri Azərbaycana dəvət edib. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, komitənin sədri E.İskəndərov İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti ilə görüşüb.Ə. Cənnəti hazırda iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyəyə çatdığını, bütün sahələrdə inkişaf etdiyini bildirib.Nazirin sözlərinə görə, İran və Azərbaycan kütləvi informasiya vasitələri arasında yaxşı əməkdaşlıq qurula bilər: “Medianın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda mətbuat münasibətlərin pozulmasına da zəmin yarada bilərlər. Hər halda iki ölkənin mediasının xalqlarımız arasında əlaqələrin genişlənməsinə yardım göstərməlidirlər”. Ə. Cənnəti həmçinin hər iki ölkənin ev sahibliyi ilə mədəniyyət həftələrinin keçirilməsini təklif edib.E. İskəndərov isə öz növbəsində İrana səfərini yüksək qiymətləndirərək, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığını vurğulayıb: “Azərbaycan İranla siyasi və mədəni əlaqələrin genişlənməsində maraqlıdır”. E. İskəndərov Suriyada baş verən hadisələrə də toxunub: “Biz inanırıq ki, təkfirçilər və radikallar islama zərbə vururlar”. Görüşün sonunda E. İskəndərov İranın islami irşad və mədəniyyət nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.Elşad İskəndərov İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Məhəmmədbağır Xürrəmşadla da görüşüb. M. Xürrəmşad bildirib ki, İran “Quran” və dini kitablarının tərcüməsi sahəsində Azərbaycanla əməkdaşlığa hazırdır. E. İskəndərov isə öz növbəsində yaxın gələcəkdə İranla Azərbaycan arasında dini və mədəni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə memorandumun imzalanacağına ümidvar olduğunu söyləyib: “Bununla da iki ölkə arasında dini və mədəni sahədə münasibətlərin təşkilatlanmış formada inkişafının şahidi olacağıq”. Komitə sədri İran və Azərbaycan arasında dini fəaliyyətin formalaşdırılması üçün birgə işçi qrupun təşkil olunmasını da təklif edib.Eyni zamanda görüşdə Azərbaycan universitetlərində İranın islam elmləri ilə bağlı təcrübəsindən istifadə məsələsi, iki ölkə arasında dini-elmi heyətlərin və tələbələrin mübadiləsi məsələləri də müzakirə olunub.Qeyd edək ki, E. İskəndərovun səfər çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə də görüşü var. Eyni zamanda komitə sədrinin İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü də nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb