İraqın hava hücumundan müdafiə qüvvələri ölkənin şimalındakı Ərbil şəhərində pilotsuz uçuş aparatını vurub.
"Reuters"in məlumatına görə, bu barədə təhlükəsizlik sahəsindəki mənbələr məlumat veriblər.
Məlumata görə, hadisə İraqın muxtar Kürdüstan regionunun paytaxtı Ərbildə yerləşən ABŞ Baş Konsulluğunun yaxınlığında baş verib.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik məlumat açıqlanmayıb.
///apa.az///











































