İraq parlamenti ölkənin yeni hökumətinə etimadın göstərərək Baş nazir Əli əl-Zeydi tərəfindən təqdim edilən iş planını təsdiqləyib. AZXEBER.COM xəbər verir ki, bu barədə "INA" xəbər agentliyi məlumat yayıb . Yenilənmiş kabinetdə yalnız iki nazir portfelini qoruyub saxlayıb. 23 nazir vəzifəsindən 9-u boş qalıb. Əl-Zeydinin rəhbərlik etdiyi qalan 14 nazir artıq konstitusiya andı içib. İraqda parlement seçkiləri 2025-ci ilin sonunda keçirilib. /teleqraf