İraqın xarici işlər naziri Azərbaycana səfər edəcək

İraqın xarici işlər naziri Azərbaycana səfər edəcək
SİYASƏT
19:55 03.07.2023
216
İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.

Bu barədə AZXEBER.COM-a İraqın Bakıdakı səfirliyindən məlumat verilib.

Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.

İclas "Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.
OXŞAR XƏBƏRLƏR