“İrəli” avtoxuliqanlıqla mübarizəyə qoşuldu

“İrəli” avtoxuliqanlıqla mübarizəyə qoşuldu
Bütün Xəbərlər
12:34 22.12.2011
1847
“İRƏLİ” İctimai Birliyi son zamanlar cəmiyyətdə daha çox narahatçılıq doğurmağa başlayan avtoxuliqanlıq problemi ilə bağlı fəaliyyətini gücləndirəcək. 
Birliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, artıq təşkilat rəsmən sosial şəbəkələrdə istifadəçilər tərəfindən başladılmış “Mən avtoxuliqanlığa YOX deyirəm” (https://www.facebook.com/pages/M%C9%99n-avtoxuliqanlara-YOX-deyir%C9%99m/151969191572751) kampaniyasına qoşulub. 
“İRƏLİ” İB-nin baş katibi Rauf Mərdiyevin bildirdiyinə görə, avtoxuliqanlıqla məşğul olanların əksəriyyəti gənclərdir və onlarla mübarizədə maarifləndirmə və ictimai qınaq ən əsas vasitələrdir: “Biz “Mən avtoxuliqanlığa YOX deyirəm” kampaniyası çərçivəsində keçiriləcək aksiya və tədbirlərdə yaxından iştirak edəcəyik. Eyni zamanda İnternetdə təbliğatın aparılmasına dəstək olacağıq”. 
Sıralarında 20000 nəfərdən çox gənci birləşdirən “İRƏLİ” yaxın gələcəkdə yol hərəkəti təhlükəsizliyinin artırılması üçün bir sıra layihələrin keçirilməsini planlaşdırır.
OXŞAR XƏBƏRLƏR