'İRƏLİ' , 'DALĞA' və 'NİDA-çı gənclərə - KÖŞƏ

KÖŞƏ
16:55 15.08.2012
2522

Günel Aşirovaİqtidar və Müxalifət yönümlü gənclər təşkilatları arasındakı düşmənçilik son vaxtlar ürəyimi bulandırmağa başlayıb. İnsanlarla dost belə olmağa çəkinirlər ki bu “İRƏLİ”çidi (müxalifyönümlülər) ya “Dalğa”çı, “Nida”çıdı (iqtidaryönuümlülər) Mənim 3 illik ictimai fəaliyyətim dövründə həmişə İRƏLİ”ylə əlaqəm olub, layihələrində iştirak eləmişəm. Ordakı gəncləri tanımağa çalışmışam, fikir mübadiləsi aparmışıq. Müzakirələrimiz olub, diskussiyalarımız olub. Ordakı gənclər daha çox reallaşdırmaq istədikləri layihələr üzərində işləyirlər… Düzdü riyakar, yaltaq gənclər də var. Ama onlardan hər bir təşkilatda var.

Eynisini də İRƏLİ-çi və digər iqtidaryönümlü təşkilatlardakı gənclərə deyirəm, DALĞA-çı, NiDA-çı gənclər deyəndə niyə qulağınızı tutursuz?! İnsanın radikal düşüncəli olması sizi onunla münasibət saxlamaqdan çəkindirməməlidir.

Mən özüm aktiv ATGTİ-çi olmuşam ( Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı) "İRƏLİ”ylə də həmişə əlaqəm olub, ətrafımdakı gənclərin 40/60nı isə müxalif cəbhənin gəncləri təşkil edir. Yəni, mən indi mənəviyyatsız, mövqesizəm?!

İnsanlarla münasibət qurmağı bacarın … dost olmaq o demək deyil ki, mövqenizi qarşınızdakının xeyrinə dəyişməlisiniz. Leopold demiş Ребята, давайте жить дружно!:)

P.S. “İRƏLİ” , “DALĞA” və “NİDA”nı müqaisə etməyim Azərbaycandakı aktiv gənclər kütləsinin orda toplanmasıdıR.

OXŞAR XƏBƏRLƏR