Freedom House təşkilatının son hesabatı ilə bağlı “İRƏLİ” İctimai Birliyinin Bəyanat yayıb.
AZXEBER.COM portalı həmin bəyanatı olduğu kimi təqdim edir:
“Hörmətli KİV nümayəndələri!
Biz - “İRƏLİ” İctimai Birliyinin üzvləri “Freedom House” təşkilatının 2012-ci il dünyada azadlıq hesabatında Azərbaycanla bağlı göstərilən müddəaların reallıqdan uzaq olduğunu bəyan edir və busənədin qərəzli şəkildə hazırlandığını əminliklə bildiririk.
Əslində bu cürhesabatlar insan və vətəndaş hüquq və azadlıqlarının vəziyyətini düzgün əks etdirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılan addımlar dərin təhlil edilməli və yekun nəticə hesabatda yer almalıdır. Nəzər saldıqda görərik ki, 2012-ci ildə Azərbaycanda insanhüquq və azadlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Son bir il ərzində ölkədə 2 əfv fərmanı imzalanmış və bununnəticəsində 128 nəfər azadlığa buraxılmışdır.Bu dövr ərzində vətəndaşların hüquqlarınıntəmin edilməsiməqsədilə elektron xidmətlərin tətbiqigücləndirilib vəhazırda Azərbaycan vətəndaşları bütün dövlət orqanlarına birbaşa olaraq elekton müraciət etmək, elektron xidmətlərdən istifadə etmək imkanlarına malikdirlər.
Qeyd edilən dövrdə kütləvi informasiya vasitələrinin azad və sərbəst fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılmış, dövlətlə jurnalistlər arasında əməkdaşlıq gücləndirilmişdir. “Siyasi partiyalar haqqında”Qanuna edilmiş dəyişikliklərlə Azərbaycanda fəaliyyət göstərən partiyaların dövlət büdcəsindənmaliyyələşdirilməsi mümkün olmuşdur və artıq növbəti ildən bu işə start veriləcək.
Təəssüf ki, Azərbaycan vətəndaşlarının öz torpaqlarında azad yaşamaq hüquqununişğalçı Ermənistan tərəfindən pozulmasıhesabatda öz əksini tapmayıb. Ermənistanda keçirilən son seçkilərin bir teatr tamaşası olmasını isə biz deyil, ATƏT-inrəsmi müşahidə missiyası təsdiq edib. Bu ölkədə son bir il ərzində insanların hüquq və azadlığı istiqamətində vəziyyət daha da pisləşsə də,nədənsə hesabatı hazırlayanlar ya bu faktı görməyibvə yaxudqəsdən görmək istəməyiblər.
Bildiririk ki, açıqlanan hesabatın arxasında Azərbaycana təzyiq etmək vəölkənin imicinə kölgə salmaqniyyətidayanır.Azərbaycana qarşı daim öz qərəzli mövqeyi ilə seçilən “Freedom House”təşkilatının bu işinə bəzi maraqlı dairələr və siyasi qüvvələr də dəstək göstərirlər.
Biz “İRƏLİ” İctimai Birliyinin üzvləri olaraq, “Freedom House” təşkilatını ədalətli olmağa, proseslərə obyektiv yanaşmağa çağırırıq. Əldə edilən informasiyaları daha dəqiq mənbələrdən əldə etməyi tövsiyə edirik vəobyektiv informasiyanın əldə edilməsi istiqamətində “Freedom House”təşkilatına istənilən dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk.”
“İRƏLİ” İctimai Birliyi üzvləri adından
Rauf Mərdiyev (sədr)