'İrəli' gənclərin sosial təşəbbüslərini həyata keçirəcək

GƏNCLİK
14:15 05.08.2013
1397
“İrəli” İctimai Birliyi gənclərin sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək olacaq. Bu məqsədlə "İRƏLİ" Tədqiqatlar və Araşdırmalar Mərkəzi 15-17 Avqust tarixlərində “Sosial Təşəbbüslər Düşərgəsi” adlı layihə həyata keçirəcək.
AZXEBER.COM xəbər verir ki, 3 gün davam edəcək layihədə gənclər bir araya gələrək müxtəlif sosial ideyaların müzakirəsi və təşəbbüslərin formalaşdırılması istiqamətində çalışacaqlar. Layihənin sonunda iştirakçılar tərəfindən təqdim olunmuş layihələr nəzərdən keçiriləcək və onlardan ən yaxşıları "İRƏLİ" İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir. Düşərgədə 30 nəfər gəncin iştirakı nəzərdə tutulur.
“Sosial Təşəbbüslər Düşərgəsi”ndə iştirak etmək istəyən şəxslər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında (https://ireli.az/announcements/) yerləşdirilən elektron ərizə formasını 09 avqust 2013–cü il tarixinədək dolduraraq müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR