"İrəli” İctimai Birliyinin təsis olunmasının 3 ili tamam olub. AZXEBER.COM-un məlumatına görə, bununla bağlı dünən "Hezz Club"da tədbir keçirlib. Tədbirdə dövlət və hökümət nümayəndələri, millət vəkilləri, media struktrlarının rəhbərləri, diplomatik nümayəndələr və aktiv "İrəli" üzvləri iştirak edib. Mərasimi giriş sözüylə açan "İrəli" İctimai Birliyinin sədi, millət vəkili Ceyhun Osmanlı qeyd edib ki, "İrəli" 3 il ərzində Azərbaycan gənclərinin etimadını artıqlamasıyla qazanıb: "Bu qədər təşkilatlar, insanlar, gənclər bizim ətrafımızda cəmləşibsə, bizimlə işbirliyindədirlərsə deməli biz insanların etimadını doğrultmuşuq".C.Osmanlı onu da bildirib ki, təşkilat nəinki Azərbaycanda bütün dünyada Azərbaycan gəncliyini təmsil edir: “Bu gün bizim üzvlərimizin rəsmi sayı 22700 nəfəri keçib. Azərbaycanın bütün bölgələrində bizim yerli təşkilatlarımız, universitetlərdə nümayəndəlilərimiz, dünyanın hər bir tərəfinə səpələnmiş üzvlərimiz var. “İRƏLİ” Azərbaycanın gənclər siyasətinə yeni nəfəs gətirdi və keyfiyyətcə yeni mərhələnin qapısını açdı. Bu gün bizim üçün çox əlamətdardır”. Ardınca Azərbaycan Respubikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edib. Aslanov qeyd edib ki, bu gün Azərbaycan gəncləri prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir.Tədbirdə həmçinin millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı və digər qonaqlar çıxış edərək təşkilatı təbrik ediblər.
Mərasim musiqili qonaqların çıxışı ilə yekunlaşıb.
AZXEBER.COM tədbirdə çəkilən fotoları təqdim edir. Qeyd edək ki, fotoların müəllifi tanınmış fotoqraf Məhəd Musaoğludur. ![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)