İdman Mərkəzinin məqsədi idman sahəsinə marağı olan gənclərin bir araya gətirmək, onların fəaliyyətinə dəstək olmaq, bununla da, ölkə idmanının inkişafına töhfə verməkdir. Mərkəz daxilində bütün növ idman oyunlarına dəstək olunması və idmanla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Xatırladaq ki, bir müddət öncə yaradılmış “Ekstrim” klub “İRƏLİ” İdman Mərkəzinin daxilində fəaliyyət göstərəcək. Əgər sizin də idmana marağınız varsa və “İRƏLİ” İdman Mərkəzinə üzv olmaq istəyirsinizsə, aşağıdakı qeydiyyat formasını doldurmağınız xahiş olunur: