'İRƏLİ' Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR + VİDEO

GƏNCLİK
02:05 08.05.2013
2321

7 may tarixində “İRƏLİ” İctimai Birliyi 300 nəfərlik heyətlə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, ulu Öndərin əziz xatirəsi yad edilib, məzarı önünə əklil qoyulub.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə çiçəklər qoyulub.“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Heydər Əliyevin gəncliyə nə qədər böyük qiymət verdiyini, Ulu Öndərin həyat tərzi və fəaliyyətinin gəncliyimiz üçün bir nümunə olduğunu qeyd edib: “Ulu Öndərin “Bu günün gəncləri gələcək Azərbaycanın işıqlı qurucularıdır” sözləri onun gəncliyə olan çox böyük inam və etimadının göstəricisidir. Heydər Əliyev gənclərin yüksək təhsil almasına və bütün sahələr üzrə ixtisaslı kadrların yetişməsinə qayğı ilə yanaşaraq, hələ 70-ci illərin əvvəllərində Azərbaycanlı gənclərin ölkədən kənarda təhsil alması üçün şərait yaratmışdır. Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin gənclərinin sürətli inkişaf yolunda öz bilik və bacarıqlarından maksimum istifadə etmələri üçün geniş imkan və şərait yaradılıb”.Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirir.

OXŞAR XƏBƏRLƏR