“İrəli” İctimai Birliyinin 7 nəfərdən ibarət nümayəndə heyəti Rusiyanın Pyatiqorsk şəhərində keçirilən Şimali Qafqaz gənclər forumu “Maşuk-2013”-də iştirak edib.
AZXEBER.COM xəbər verir ki, forum Rusiya Təhsil və Elm Nazirliyi, Gənclərlə İş üzrə Federal Agentliyi, Stavropol vilayətinin gənclərlə iş üzrə komitəsi, Rusiya Prezidentinin Şimali Qafqaz federal dairəsində səlahiyyətli nümayəndə aparatı tərəfindən təşkil olunub.Tədbirdə qonaq qismində Azərbaycan, Ukrayna, Sloveniya və Çexiyadan nümayəndə heyətləri iştirak edib.Forumda gənclər dövlət və özəl qurumların rəsmiləri ilə görüşüb, aktual mövzular üzrə təşkil olunan seminarlarda iştirak edib və diskussiyalar aparılıb.Azərbaycan nümayəndə heyəti həmçinin idman proqlamlarında da iştirak edərək futbol turnirində ikinci yerə layiq görülüb. Eyni zamanda forum iştirakçılarına “İrəli” haqda ətraflı məlumat verilib və Azərbaycan tarixini, mədəniyyətini əks etdirən hədiyyələr təqdim edilib.Qeyd edək ki, forumun məqsədi siyasət, iqtisadiyyat, elm və innovasiya, ictimai kampaniyalar və kütləvi tədbirlər, vətəndaş təşəbbüskarlığı, incəsənət və yaradıcılıqla maraqlanan gənclərin şəxsi inkişafı, sosial-iqtisadi, ictimai-siyasi və etno-mədəni inkişafına töhfə vermək olub.