'İrəli' Pinhol sərgisi keçirib

GƏNCLİK
13:55 07.05.2013
1383
"İRƏLİ" Təlim və Karyera Mərkəzi, Azərbaycan Fotoqraflar Birliyi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə Ümumdünya Pinhol Fotoqrafiyası Gününə həsr olunmuş Pinhol sərgi keçirilib.
AZXEBER.COM-a verilən məlumata görə, Park Bulvar AVM-də baş tutan sərgidə 39 kadrı özündə əks etdirən 9 dəqiqəlik video çarx nümayiş olunub. Fotolar 25 pinhol kamera ilə İçərişəhər qoruğu ərazisində çəkilib. Sərgidə həmçinin pinhol kameranın düzəlmə qaydası göstərilib və maraqlanan insanlara bu haqda məlumat verilib.
"İRƏLİ" Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı bildirib ki, kustar üsulla hazırlanmış fotokameralardan əldə olmuş 900 kadr içərsindən ən yaxşı 39 foto seçilib və sərgidə təqdim olunub.
Ümumdünya Pinhol Fotoqrafiyası Günü bu il Azərbaycanda “İRƏLİ” Təlim və Karyera Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə qeyd olunub. “İRƏLİ” Gənclik Mərkəzində 40 gəncə Ümumdünya Pinhol Fotoqrafiyası Günü haqda məlumat verilib, daha sonra 2 saat ərzində gənclər tərəfindən pinhol kamera düzəldilib.
Pinhol Fotoqrafiyası kustar, lakin sadə üsullarla fotokameraların hazırlanması və bu kameralar vasitəsilə fotoların çəkilməsini özündə əks etdirir.

OXŞAR XƏBƏRLƏR