'İRƏLİ' 'Political Debates' layihəsinə start verir

GƏNCLİK
15:25 25.04.2013
1428

“İRƏLİ” Siyasi Diplomatiya klubu tərəfindən start verilən “Political Debates” layihəsinin əsas məqsədi gənclərin bir-biri ilə ünsiyyət quraraq verilmiş mövzuya uyğun fikir mübadiləsi aparmalarını təmin etməkdir.

Debatlar zamanı təqdim edilən mövzular siyasi-diplomatik sahədə olub diplomatiyanın müasir dövr üçün aktual sahələrini əhatə edəcək.

Həmçinin layihə çərçivəsində gənclərin öz ideyalarını, fikirlərini bölüşməsi üçün şərait yaradılacaq. Layihə iştirakçıları hər birində 15 nəfər olmaqla iki qrupa bölünəcək. Öncədən verilmiş mövzular ətrafında komandalar hazırlıqlar aparacaq və həftədə bir dəfə olmaqla debatlar təşkil olunacaq.

Layihədə iştirak etmək istəyən şəxslər30.04.2013 tarixinədək “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən online ərizə formasını dolduraraq müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR