Sabirabad rayonunun yaranmasının 80 illiyi münasibəti ilə "İrəli" Prodakşnın dəstəyi ilə “Sabirabad rayonuna mahnı həsr edilib. Mahnını gənc müğənni, sabirabadlı Mehdi Ağayev ifa edib.
AZXEBER.COM-un məlumatına görə, bu haqda “İrəli” İctimai Birliyinin facebookdakı rəsmi səhifəsində yazılıb. Mahnının sözləri Sabirabadlı mərhum şair Sabir Novruzova, musiqisi Rüstəm Zeynallıya (Şeron) aiddir. Qeyd edək ki, Sabirabad mahnısı gün ərzində bir neçə dəfə “İrəli” radioda (İRADİO) səslənir.