'İRƏLİ' Radio qonaqları qəbul etməkdə davam edir

GƏNCLİK
10:29 01.02.2013
1348

“İRƏLİ” Radio qonaqlarını qəbul etməkdə davam edir. Bu dəfə İRadionun qonaqları «1 News» İnformasiya Agentliyinin baş redaktoru Rəhman Hacıyev və Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri və siyasətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rövşən İbrahimovolub.

“İRƏLİDƏ” verilişinin qonağı olan Rəhman Hacıyev Azərbaycanda son vaxtlar aktual olan yeni media haqqında məlumat verib. Eyni zamanda veriliş ərzində sosial şəbəkələr, sosial media və gənclərin fəaliyyəti mövzusu müzakirə olunub. Bununla yanaşı, qonaq peşəkar fəaliyyəti , ədəbi maraqları, sevdiyi musiqi və uğur formulası ilə bağli fikirlərini gənclərə çatdırıb.

Verilişin digər qonağı olan Rövşən İbrahimov ilk öncə öz fəaliyyətindən , pedaqoji sahədə gördüyü işlərdən söhbət açıb. Aparıcıların suallarını cavablandıran qonaq, daha sonra son dönəmlərdə gündəmdə olan mövzulardan, həmçinin gənclərin ölkənin daxili və xarici siyasətindəki rolundan danışıb.

OXŞAR XƏBƏRLƏR