Bu həftə İRadionun qonaqları Yurd Tv, Antenn 101 Fm-in rəhbəri Rüstəm Əliyev, Park Bulvar AVM-nin PR meneceri Günay Malikqızı, “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi Elnarə Qəribova və məhşur yazıçı Elçin Səfərli olublar.
“Gündəm” verilişinin qonağı Yurd Tv, Antenn 101 Fm-in rəhbəri Rüstəm Əliyev ilk öncə öz fəaliyyətindən və gələcək işlərdən söhbət açıb. Daha sonra qonaq gənclərin yeni mediaya marağından da danışıb.
“İRƏLİDƏ” verilişinin qonaqları Park Bulvar AVM-nin PR meneceri Günay Malikqızı və “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi Elnarə Qəribova olublar. Aparıcıların suallarını cavablandıran qonaqlar öz fəaliyyətlərindən və gələcək planlarından danışıblar. Günay Malikqızı jurnalistika və PR sahəsinə marağı olan gənclərə məsləhətlərini verib.
“Günün qəhrəmanı” verilişinin qonağı isə məhşur yazıçı Elçin Səfərli olub. Qonaq öz kitablarından, yazdığı əsərlərdən bəhs edib.