“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev Qırğızıstan - Azərbaycan gənclərinin 2-ci forumunda iştirak edir.
20 noyabr 2013-cü il tarixində Qızğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan - Azərbaycan gənclərinin 2-ci forumu öz işinə başlayıb.
Forumda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müaviniİntiqam Babayev, Qırğızıstanın gənclər və turizm naziri Aliasbek Alimkulov, Azərbaycanın Qırğızıstandakı fövqəlada və səlahiyyətli səfiri Hidayət Orucov, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev açılış mərasimində çıxış edərək hər iki dost ölkə arasında inkişaf edən əlaqələrdən və bu əlaqələrin gənclər siyasətində önəmindən bəhs ediblər.
Qeyd edək ki, forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqınınsədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova və Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov təmsil olunurlar.
İki gün davam edəcək forumda hökumət, qeyri-hökumət təşkilatları və tələbə təşkilatları arasında gələcək fəaliyyət istiqamətləri və ortaq layihələrin müzakirəsi həyata keçiriləcək. Müzakirələrin sonunda ortaq bəyənat qəbul olunacaq.
Hər iki ölkənin gənclər və idman nazirlikləri tərəfindən təşkil olunan forum 2 gün davam edəcək.