'İrəli' sədrindən müxalif gənclərin bəyanatına sərt - Reaksiya

GƏNCLİK
18:45 30.07.2013
2663

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları bəyanat yayıb. AXCP Gənclər Komitəsi, Müsavat Gənclər, Təşkilatı, NİDA vətəndaş hərəkatı, VHP Gənclər Təşkilatı, Dalğa Hərəkatı, Müsbət Dəyişiklik Gənclər Hərəkatı, Gənclər Klubu İB və Azad Gənclik Təşkilatının birgə səsləndirdiyi bəyanatda bildirilib ki, hazırda ölkə seçki ili üçün heç də uyğun mühitdə deyil.

Bəyanatda o da qeyd edilib ki, seçki mühitinin yoxa çıxması 2013-cü ilin əvvəlində gənclər tərəfindən təşkil olunmuş və gənclərin iştirakı ilə keçirilmiş kütləvi aksiyalarda iştirak edən gənclərin cərimələnməsi ilə başlanılıb. Onlar bunu gənclərin söz azadlığının qarşısını almaq kimi qiymətləndirərək, cərimələrin sırf gənclərə sədd olmaq məqsədi ilə tətbiq olunduğunu bildiriblər.

"İrəli" İctimai birliyinin sədri Rauf Mərdiyev AZXEBER.COM-a açıqlamasında bəyanata münasibət bildirib.

R. Mərdiyev deyib ki, Azərbaycan müxalifəti hazırda bir-birini əzməyə çalışır:"Radikal müxalifət qarşıdan gələn seçkilərdə uğur qazana bilməyəcəklərinə əmin olduğu üçün özünü sığortalamağa çalışır. Azərbaycanda seçki ab-havasının olmaması yerinə "müxalifət cəbhəsində seçki ab-havası yoxdur" fikrini işlətmək daha doğru olardı. Son dövrlər baş verən hadisələr bir daha onu göstərir ki, radikal müxalifət liderləri şəxsi maraqları uğrunda bir-biriləri ilə amansız mübarizə aparırlar. Bu gün radikal müxalifət partiyaları seçicilərlə, elektoratla iş aparmır, öz nəzarətlərində olan mətbuat orqanları vasitəsilə biri-birlərini əzməyə çalışırlar.

"İrəli" sədri bu cür bəyanatları qeyri-ciddi adlandırıb: "Şübhəsiz ki, Nida, Azad Gənclik və s. kimi gənclər təşkilatları da müxalifət boss-ları arasındakı bu mübarizədə vasitə kimi istifadə olunurlar. Bu təşkilatların daxilində gənclərə molotov kokteyli hazırlatdırılır, onlara anarxist vətəndaş obrazı təbliğ olunur və çox təəssüf olsun ki, bəzi gənclər radikal müxalifət liderlərinin siyasi ambisiyalarının qurbanı olurlar. Mən bu tip bəyənatları ciddi saymır, müxalifətin qarşıdan gələn seçki uğursuzluğundan sonra özlərini sığortalamaya hazırlıq cəhdi kimi qəbul edirəm".

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
14:00 17.06.2025
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
13:40 17.06.2025
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
13:39 17.06.2025
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
13:34 17.06.2025
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
13:17 17.06.2025
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir
13:10 17.06.2025
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir