'İrəli' 'Tələbə Baharı'nda iştirak etdi

GƏNCLİK
12:22 22.06.2012
1771

18-20 iyun 2012-ci il tarixlərində Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində MDB ölkələri arasında beynəlxalq “Tələbə Baharı” festivalı keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi heyət tərkibində Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova, “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova və Bakı Musiqi Akademiyası, Xəzər Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Cənubi Asetiyadan 300 nəfərdən çox gənc iştirak edib.

Tədbir çərçivəsində “Gənclərin beynəlxalq əməkdaşılq məsələsi” mövzusunda keçirilən dəyirmi masada ölkəmizi “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova təmsil edib.

Səfər çərçivəsində qonaqlar bir sıra tarixi yerlərə ekskursiya ediblər. Eyni zamanda hər bir ölkənin mədəniyyət gecəsi keçirilib, milli mətbəxi və musiqisi nümayiş olunub. Azərbaycanın milli mətbəxi xarici qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

3 gün davam edən festival sonda qala konsertlə yekunlaşıb. Festivalda Azərbaycan xalq mahnısı “Sarı gəlin”, cazz kompozisiyası, məşhur italyan mahnısı “O Sole Mio”, “Notre Damme De Paris” əsərindən “Belle” parçası və “Naz Eləmə” rəqsi ilə təmsil olunub.

Qeyd edək ki, ilk beynəlxalq “Tələbə Baharı” festivalı Azərbaycanda keçirilib.

OXŞAR XƏBƏRLƏR