“İrəli” Təlim və Karyera Mərkəzi və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında 1illik əməkdaşlıqla bağlı memorandum imzalanıb.
AZXEBER.COM xəbər verir ki, memorandum “İrəli” Təlim və Karyera Mərkəzinin rəhbəri Nihad Allahyarlı və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının rəhbəri Nuriyyə Novruzova tərəfindən imzalanıb.Bildirilib ki, memorandum Azərbaycanda maliyyə və menecment sahəsinin inkişafına töhfə vermək, bu sahədə kadr hazırlığının gücləndirilməsi, gənclərin daha geniş məlumat və biliklərə yiyələnməsi üçün atılan addımlardan biridir.Qeyd edək ki, qarşılıqlı fəaliyyət nəticəsində artıq bir layihənin hazırlıq mərhələsi bitib. “İrəli” Təlim və Karyera Mərkəzi qurduğu əməkdaşlıqlar sayəsində bahalı və çox maraqla gözlənilən təlim paketlərini ödənişsiz şəkildə gənclərə təqdim etməyə davam edir. Yaxın günlərdə hər iki qurumun birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bir neçə layihələr gənclərə təqdim olunacaq.