27 yanvar tarixində “İRƏLİ” Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir İqtisad Məktəbi” layihəsi çərçivəsində “Sığorta hadisəsi” mövzusunda seminar keçirilib. Seminarın qonağı Standard İnsurance şirkətinin vitse-prezidenti, Azərbaycan Sığortaçılar Assosasiyasında Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli olub.
Seminar zamanı sığorta hadisələri, sığorta hadisələrinin yaranması, növləri, sığorta hadisəsi zamanı sığorta şirkətinin, sığortalanan tərəfin üzərinə düşən vəzifələr, sığorta hüquqları və s haqda məlumat verilib.
Daha sonra seminar diskussiya şəklində davam edib və ekspert tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar zamanı aktiv iştirak edən 3 iştirakçı “İRƏLİ” Təlim və Karyera Mərkəzi tərəfindən mükafatlandırılıb. Samirə Kərimova, Arzu İbrahimova və Müslüm Hüseynovun əmlakı 25.000 AZN dəyərində Standard İnsurance tərəfindən pulsuz olaraq sığortalanıb.