“İRƏLİ” İctimai Birliyinin təsis olunmasının 5 ili tamam olur.
AZXEBER.COM xəbər verir ki, bu münasibətlə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin İdarə Heyəti üzvləri, mərkəz, klub rəhbərləri və fəallar Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə əklil qoyulub.
“İRƏLİ” nümayəndələri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər qoyublar.