“İRƏLİ” “Uşaqlara qayğı ilə” adlı xeyriyyə tədbiri keçirib

“İRƏLİ” “Uşaqlara qayğı ilə” adlı xeyriyyə tədbiri keçirib
GƏNCLİK
16:15 03.06.2013
1866

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüilə əlaqədar “İRƏLİ” İctimai Birliyinin Hüquq mərkəzi “Uşaqlara qayğı ilə” adlı xeyriyyə tədbiri keçirib.

AZXEBER.COM-un məlumatına görə, “Ümid evi – uşaq sığınacağı”nın uşaqları üçün keçirilən xeyriyyə tədbiri “Park Bulvar AVM”, “Park Cinema”, “Planitarium” “Yedoy” və “Sultans” restoranlar şəbəkəsinin birgə dəstəyi ilə təşkil olunub.

“Ümid evi – uşaq sığınacağı”ndan olan 50 nəfər uşaq ilk olaraq Park Cinemada cizgi filminə tamaşa ediblər.

Daha sonra nahar təşkil olunub və psixoloji-əyləncəli təlimlər, maraqlı oyunlar oynanılıb. Sonda uşaqlara bayram hədiyyələri tədqim olunub.

Xatırladaq ki, “İRƏLİ” İctimai Birliyi daima xeyriyyə işlərinə xüsusi diqqət ayırır, uşaqlara hər zaman qayğı ilə yanaşır.

OXŞAR XƏBƏRLƏR