“İRƏLİ” Xocalı soyqırımına həsr edilmiş tədbir keçirdi - FOTO

“İRƏLİ” Xocalı soyqırımına həsr edilmiş tədbir keçirdi - FOTO
GƏNCLİK
13:12 26.02.2025
4254
"İRƏLİ” İctimai Birliyi tərəfindən Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş tədbirlər həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, "İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər.

"Xocalıya ədalət!” kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində "Xocalıya ədalət!” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  işirakçılar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

"İRƏLİ” İctimai Biliyinin sədri Şahin Rəhmanlı çıxış edərək 33 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə tam hüquqi-siyasi qiymət verilməməsini, lakin 2023-cü il sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyinin tam təmin olunmasını qeyd edib. Eyni zamanda, Xocalı həqiqətlərini qlobal şəkildə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının geniş fəaliyyəti diqqətə çatdırılıb.

Tədbrin davamında Cahangir Cahangirov adına xor kollektivi və  istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunub, poeziya nümunələri səsləndirilib.

Tədbirlər çərçivəsində birliyin üzvləri Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə də fəal şəkildə təşkilatlanıblar. Kampaniya çərçivəsində gənclər tərəfindən "X” sosial şəbəkə platforması üzərindən #JusticeforKhojaly heşteqindən istifadə etməklə Xocalı həqiqətləri ilə bağlı infoqrafik tvitlərin paylaşılması davam edir.

Həyata keçirilmiş tədbirlər planının əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, eyni zamanda törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək - Sabahın havası
13:21 01.06.2025
Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək - Sabahın havası
Uşaqların gülümsədiyi bir gün: “İçimizdəki Möcüzələr” xeyriyyə tədbiri keçirildi
12:54 01.06.2025
Uşaqların gülümsədiyi bir gün: “İçimizdəki Möcüzələr” xeyriyyə tədbiri keçirildi
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
12:42 01.06.2025
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Sabahın hava proqnozu AÇIQLANDI
12:18 01.06.2025
Sabahın hava proqnozu AÇIQLANDI
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
12:04 01.06.2025
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
11:41 01.06.2025
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
11:21 01.06.2025
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır