'İrəli' 'Yeni Media Akademiya 2' layihəsini elan edir

MEDİA
13:15 28.02.2013
1638

“İrəli” İctimai Birliyi “Yeni Media Akademiya 2” layihəsinin başlanmasını elan edir.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində gənclər xəbərlər - onun əsasları, növləri, məlumat yığımı və yazılması, kamera qarşısında aparıcı davranışları, televiziya rejissorluğu, köşə yazıları yazmaq bacarığı, ölkədə və dünyada baş verən hadisələri təhlil etmə, tədqiqat, araşdırmanı necə aparmalı, müsahibənin aparılması və internet jurnalistika haqda bütün informasiyaya yiyələnəcəklər.Həmçinin “İrəli” tərkibində fəaliyyət göstərən internet radiosu olan “İRadio”da, “İrəli Prodakşn”da arzusunda olduqları layihələri gerçəkləşdirmək, video çarxlar, təqdimatlar hazırlamaq, ölkənin öndə gedən xəbər agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçmək, jurnalistikanın bütün sirlərini sektorun tanınmış simalarından öyrənmək imkanı əldə edəcəklər.6 ay davam edəcək layihənin əsas məqsədi Azərbaycanda media sahəsində peşəkar gənclərin hazırlanması, medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirmək, professional gənc jurnalistlər yetişdirməkdir.Layihəyə 14-29 yaş arası gənclər, jurnalistika fakültəsinin tələbələri və özünü media sahəsində görmək istəyən gənclər dəvətlidir.Layihədə iştirak etmək istəyən gənclər “Yeni Media Akademiya 2” başlığı ilə yazıb Cv-lərini 4 mart tarixinə qədər [email protected]/* */ elektron ünvanına göndərərək müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR