'İRƏLİ' 'Yer Kürəsi Günü'nü qeyd edib

GƏNCLİK
17:10 23.04.2013
1698

“Yer Kürəsi Günü” ilk dəfə 1970-ci ildə qeyd olunub. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən beynəlxalq “Yer Kürəsi Günü” (Earth Day) hər il 22 aprel tarixində qeyd olunur.

AZXEBER.COM-un məlumatına görə, hazırda dünyanın ən böyük ekoloji kampaniyalarından biri olmaqla, 150-dən artıq ölkədə, o cümlədən respublikamızda qeyd olunur. “Yer Kürəsi Günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər.

"İRƏLİ" İctimai Birliyi daima ekoloji layihələrin və tədbirlərin keçirilməsinə böyük önəm verir. Bir çox xarici partnyorlar ilə əməkdaşlıq nəticəsində Azərbaycanda ilk dəfə bir sıra qlobal ekoloji aksiyalara imza atıb.

"İRƏLİ" İctimai Birliyi “Yer Kürəsi Günü” kampaniyasına qoşulub. Belə ki, 21 aprel tarixində “Yer Kürəsi Günü” münasibətilə "İRƏLİ" Yaşıllar Klubunun fəalları Bakı şəhərində yerləşən parkların birində təmizlik işləri aparıblar.

Xatırladaq ki, “İRƏLİ” Yaşıllar Klubu ekoloji sferada keçirilən bütün tədbirlərə qatılır. "Yaşıllar Klubu"nun məqsədi ekoloji düşüncəli gəncləri bir araya yığmaq, onları ekoloji fəaliyyətlərə cəlb etmək, ölkəmizdə müxtəlif ekoloji aksiyalar keçirmək, ekologiya sferasında çalışan ekspertlər ilə gorüşlər, təlimlər təşkil etməkdir. Bununla bərabər klub aktiv şəkildə beynəlxalq ekoloji aksiya, tədbirlərdə iştirak edir.

OXŞAR XƏBƏRLƏR