'İrəli'də internet mediayla bağlı debat oldu - FOTOLAR

MEDİA
13:10 30.01.2013
2011
AZXEBER.COM xəbər portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli İrəli Radio-da (İRadio) debatda olub. AZXEBER.COM-un məlumatına görə, debatın mövzusu "xəbər portalları yoxsa bloqlar" olub. Debatda qarşı tərəf blogger Sahil Nağızadə olub.
Hacıbəy Heydərli qeyd edib ki, bu gün Azərbaycanda xəbər saytları qəzetləri və digər KİV-ləri geridə qoyub: Bu gün ölkədə nə baş verirsə insanlar məlumatı öyrənmək, dəqiqləşdirmək üçün ilk olaraq internetə daxil olur, xəbər saytlarını oxuyur. Ölkəmizdə ən reytinqli qəzetlərin tirajı 15 mini keçmir, ancaq elə saytlar var ki, gündə ora 100 minə yaxın insan daxil olur. AZXEBER.COM xəbər portalının gündəlik vizit sayı 40-50 min arası dəyişir. Ölkəmizdə bu rəqəmə çatan 5-6 sayt var".
Sahil Nağızadə isə öz növbəsində bildirib ki, insanlar alternativ fikir üçün bloqlara daxil olurlar: Bu gün bloqçuluq çox inkişaf edib, xəbəri hər kəs verir, ancaq bloqlarda alternativ fikir olur. Bu səbəbdən bloqlara təlabat günü-gündən artır. 
OXŞAR XƏBƏRLƏR