“Baku Karting - Rich Club”da gənclər arasında “Mənimlə rəqs et” adlı rəqs müsabiqəsi keçirilib.
AZXEBER.COM xəbər verir ki, müsabiqə “İrəli” Mədəniyyət və İncəsənət Mərkəzinin nəzdində 2 ay öncə yaradılmış “Rəqs Klubu”nun təşkilatçılığı ilə baş tutub.Müsabiqədə 28 rəqqas Argentina tanqosu rəqsi bacarıqlarını nümayiş etdirərək birincilik uğrunda yarışıblar.İki mərhələdən ibarət olan yarışmanın sonunda gənclərin çıxışları peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun olaraq 1-ci yerə Nərgiz Həsənova və İlkin Əliyev, 2-ci yerə Turan Bilalov və Aygül Mirzəzadə, 3-cü yerə Nikolaz Hüseynov və Xavər Hüseynzadə layiq görülüblər.Qaliblərə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və birliyin həmtəsisçisi Elnarə Qəribova tərəfindan diplom və medallar təqdim edilib.“İrəli” Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Ülviyyə Vəliyeva qeyd edib ki, mərkəz daxilində yaranan rəqs klubunun əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli keçirməsidir:“Bu rəqsə iştirakçılar böyük maraq göstərdi və çox gözəl nəticə əldə etdik”.“İrəli” Rəqs Klubunun rəhbəri Yelena Sidorenko isə növbəti yarışma haqqında məlumatların qısa zamanda açıqlanacağını elan edib.Yarışmanın sonunda gənc müğənnilər Pərviz Abdullayev, Tural Atayev, Əhməd Mustafayev konsert proqramı ilə çıxış ediblər.