'İRƏLİ'də Teatr günləri davam edir

GƏNCLİK
15:35 24.06.2013
1281

“İRƏLİ” Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən iyun ayının əvvəlindən start verilən “Teatr mədəniyyətdir” adlı layihə - Teatr günləri uğurla davam etməkdədir.

AZXEBER.COM-un məlumatına görə, bu həftə 50-yə yaxın gənc Akademik Milli Dram Teatrında quruluşcu rejissor Bəhram Osmanovun Gəncə Qapıları iki hissəli tarixi roman üzərində qurulmuş tamaşasını izləyiblər.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin ictimai-sosial fəallığının artırılması, onların asudə vaxtının səmərəli təşkilinə nail olmaq, gənclər arasında teatra marağı artırmaq və kütləvi şəkildə teatra getməsini təmin etməkdir.

Xatırladaq ki, “İRƏLİ” Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən reallaşan və mütəmadi xarakter alan layihə çərçivəsində gənclər hər həftə fərqli teatr məkanlarında müxtəlif tamaşalar izləyə biləcəklər.

OXŞAR XƏBƏRLƏR