'İrəli'dən Qan Donorlarına dəstək

GƏNCLİK
18:56 12.04.2012
1498
“İRƏLİ” və Qan Donorları Assosiasiyası arasında memorandum imzalanıbBirlikdən AZXEBER.COM-a verilən məlumata görə, 12 Aprel 2012-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” İctimai Birliyi və Qan Donorları Assosiasiyası arasında respublikada qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumun məqsədi yaxın gələcəkdə gənclərin qan donorluğuna cəlb olunması, maarifləndirilməsi və gənclər arasında qan donorluğu mədəniyyətinin formalaşdırılması istiqamətində birgə əməkdaşlığın əldə olunmasıdır. Memorandum “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov tərəfindən imzalanmışdır.  Qeyd edək ki, Qan Donorları Assosiasiyası artıq 5 ilə yaxın müddətdir ki, respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR