“Azərbaycan Sığortaçılar Assosiasiyası” və “İRƏLİ” İctimai Birliklərinin təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi davam edir.
AZXEBER.COM-un məlumatına görə, layihənin “Paşa Sığorta” gününün ilk panelinə “Paşa Sığorta” ASC-nin Anderaytinq şöbəsinin müdiri Eldar Abbaszadə ekspert qismində qonaq olub. “Sığortalı gələcək” adlandırılan paneldə ekspert gənc liderlərə sığortanın tarixi, onun inkişaf mərhələləri, risklərin qiymətləndirilməsi, sığortanın əhəmiyyəti, barədə danışdı, sığorta hadisələri barədə maraqlı faktlar gətirib, təmsil etdiyi sığorta şirkətinin təqdimatını həyata keçirib.
Daha sonra layihə iştirakçıları ekspertə sığorta barədə onları maraqlandıran sual və təkliflərini ünvanlayıblar.
Sonda iştirakçı komandaların sığorta haqqında hazırladıqları videoçarxlar nümayiş olunub. Videoçarxları aşağıdakı keçiddən izləyə bilərsiniz: