Türkiyəli müğənni İrem Dericinin nişanlısı, DJ Melih Kunukçu qanunsuz mərc oyunları ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılıb. AZXEBER.com xarici mediaya istinadən xəbər verir ki, istintaq çərçivəsində ümumilikdə 311 nəfər tutulub. Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.