İrəvan qalası ilə bağlı yaradılan saytın təqdimatı olub

İrəvan qalası ilə bağlı yaradılan saytın təqdimatı olub
Bütün Xəbərlər
19:54 23.12.2011
2212
İrəvan qalasının 500 illiyinə həsr olunmuş www.erevangala500.com tarixi-analitik portalının Bakıda təqdimat mərasimi keçirilib.Təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, erməni vandalizmi hansısa daşı dağıtmaq istəyəndə bilməlidir ki, informasiya texnologiyaları vasitəsilə sənədli sübutu olacaq."İnformasiya əsrində vandallar başa düşməlidirlər ki, divarı dağıtmaqla qala dağılmır. İrəvan qalasının tarixinin 600, 700 illiyi də qeyd olunacaq. Rəssam Frans Rubo tarixi hadisələri dəqiqliklə əks etdirən rəssamdır. O XIX-cu əsrin axırlarında İrəvan qalasının şəklini çəkib və bu, tarixi faktdır və dəqiqliklə qalanın simasının necə olduğunu göstərir", - o deyib.Axundov İrəvan şəhərini İtaliyanın Pompey şəhəri ilə müqayisə edib. "Pompey dünyada yeganə şəhərdir ki, 2 min il ərzində öz simasını dəyişməyib. Əksinə, İrəvan şəhəri yeganə şəhərdir ki, öz simasını tamamilə dəyişib. Pompey şəhəri vulkan külü altından çıxarılandan sonra bir daş belə dəyişdirilməyib, amma İrəvanda daş-daş üstə qalmayıb", - o deyib və qeyd edib ki, İrəvan şəhərinin dağıdılması həmin şəhərdə məskunlaşanlar üçün tam yad şəhər olması ilə bağlıdır.Axundov bildirib ki, İrəvan qalası məsələsini 2006-cı ildə ilk dəfə qaldıran Prezident İlham Əliyev olub. Hər sammitdə dövlət başçısı bu məsələni qaldıraraq erməniləri təşvişə salır.Tarixçi professor Fəridə Məmmədova tədbirdə bildirib ki, bir çox beynəlxalq konfranslarda ermənilər öz uydurma tarixləri barədə danışılarkən sadə suallar qarşısında aciz qalırlar.Məmmədova qeyd edib ki, tarixi sənədlərdə ermənilər tərəfindən "Qandzasar kilsəsi" adlanan tikilinin Alban hökmdarı Həsən Calal tərəfindən tikilərək öz xalqına ərmağan edilməsi göstərilir. Tarixçinin sözlərinə görə, ermənilər həmin binada bütün digər yazıları silərək erməni yazıları həkk ediblər.Suxumi Dövlət Universitetinin (Gürcüstan) professoru Quram Marxulianın sözlərinə görə, o ilk dəfə "Ermənistanın paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvan" yazanda anlamırdılar. "Onda mən erməni tarixçilərindən soruşuram ki, "İrəvan" sözünün mənası erməni dilində nə deməkdir? Məsələn, "Tbilisi" sözü "isti su" deməkdir. Siz "öz şəhərinizin" tarixi adının mənasını bilirsiniz? Yox, çünki bu, qədim Azərbaycan şəhəridir", - Marxulian deyib. Onun sözlərinə görə, tarix sübut edir ki, ermənilər bu torpaqlara köç ediblər.Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov bildirib ki, dəfələrlə ermənilərin yalanlarının ifşa olunması istiqamətində hücuma keçməyə ehtiyac var.O qeyd edib ki, erməni təbliğat maşını absurdu reallıq kimi təqdim etmək istəyir, lakin dünyada məntiqdən məhrum olmayan insanlar doğrunu yalandan ayıra bilirlər.Təqdimat mərasimində Qafqaz və Kiçik Asiya Mərkəzinin direktoru Şəlalə Həsənova bildirib ki, sayt bir çox əcnəbi ekspertlərin və tarixçilərin müraciət etməsi üçün rus dilində yaradılıb. Onun sözlərinə görə, saytın Azərbaycan və ingilis versiyaları da hazırlanacaq. "Saytın videoçarxına artıq 14 mindən artıq baxış olub", - Həsənova deyib. O qeyd edib ki, saytda yerləşdirilən xəritədə ermənilər tərəfindən dəyişdirilmiş azərbaycan toponimləri yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı
16:03 14.07.2026
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı