İrəvanda partlayış: 2 ölü

MAQAZİN
09:13 30.05.2012
2146
Ermənistanın paytaxtı İrəvandakı “Elektron” fabrikində partlayış baş verib.
 ANS PRESS “news.am” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Fövqəladə hallar nazirinin müavini Nikolay Qriqoryan jurnalistlərə verdiyi açıqlamada fabrikdə əvvəl yanğın baş verdiyini, sonra partlayış meydana gəldiyini deyib. Məlumata görə, partlayışda meydana gələn dağıntının altında qalan iki nəfərdən biri hadisə yerində ölüb, digəri yaralı olaraq çıxarılıb. Yaralı isə daha sonra xəstəxanada ölüb.Faktla bağlı cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR