İrlandiyalı nazirdən çağırış - İsrailə qarşı konkret addımlar atın

İrlandiyalı nazirdən çağırış - İsrailə qarşı konkret addımlar atın
DÜNYA
15:58 21.06.2025
312
İrlandiya baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Saymon Harris İsraillə tərəfdaşlıq sazişini nəzərdən keçirən Avropa İttifaqını (Aİ) İsrailə qarşı konkret addımlar atmağa çağırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Harris AB-İsrail Tərəfdaşlıq Müqaviləsinin nəzərdən keçirilməsinə toxunub və əldə edilən nəticələrdən məmnun olduğunu qeyd edib.

"İzləmə nəticəsində İsrailə qarşı etdiyi pozuntulara görə tez və konkret addımlar atılmalıdır. Ölümlərə son qoymaq üçün hərəkətə keçməliyik. Dünya ac uşaqların böhranını görməməzlikdən gələ bilməz. Bunun real bədəli olmalıdır. Bu həftə Brüsseldən İrlandiyaya çatdıracağım mesaj budur".

Avropa ictimaiyyətinin artan çağırışlarından sonra Aİ Hollandiyanın təklifi ilə mayın 20-də İsraillə Tərəfdaşlıq Sazişini nəzərdən keçirməyə başladı.

Bildirilib ki, İsraillə mövcud razılaşmanın beynəlxalq hüquq normalarına riayət edilməsi tələbini pozub-pozulmaması ilə bağlı aparılan təhqiqat nəticəsində Təl-Əviv razılaşmanı ciddi şəkildə pozub.

Qanun pozuntularına misal olaraq Qəzzanın humanitar blokadası, xəstəxanalara hücumlar, Fələstin əhalisinin məcburi köçkün edilməsi, kütləvi həbslər, əsassız həbslər, işğal olunmuş Fələstin torpaqlarının qəsb edilməsi və israillilərin zorakılığı daxildir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR