APA-nın məlumatına görə, “X-Factor” yarışmadan sonra xeyli populyarlaşan əkiz qardaşlar keçən il “Lipstick” mahnısıyla 8-ci yeri qazanıblar. Bu mahnı çıxandan sonra isə qardaşların təkcə İsveçdə 120 000 diski satılıb. Əkiz qardaşların bu məşhurluğunu nəzərə alan İrlandiyanın “Eurovision” üzrə yayımçısı RTE kanalı yenidən bu ölkəni sözügedən mahnı yarışmasında təmsil etmək üçün “Jedvard” qrupundan xahiş ediblər. Bakı səhnəsində “Eurovision-2012” üçün İrlandiyanın mahnısını yazmaq “Lipstick”in müəlliflərindən xahiş olunub.İrlandiya Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə böyük ümidlərlə baxır. İrlandiya növbəti yarışma üçün isveçli bəstəkarlardan mahnı istəmək qərarındadırlar. Məlum olduğu kimi “Eurovision-2011”də qalib olan Azərbaycan təmsilçiləri də isveçli müəlliflərin mahnısını ifa etmişdilər. “Lipstick” mahnısının bəstəkarları da elə isveçli Lars Yensen, Martin Larsson və Den Priddidir. RTE təmsilçisi bildirib ki, qardaşlar bu müsabiqədə öz işlərinin bitdiyini hesab etmirlər və ikinci şans qazanmağa ümidli edirlər.